Meksikalı narkobaron Xoakin Quzman (El Çapo) ABŞ-da prezidentliyə namizədliyini irəli sürmüş milyarder Donald Trampın başına 100 milyon dollar mükafat qoyub.
Lent.az Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ilk məlumatı “teleSUR” kanalı yayıb.
“El Çapo” ləqəbli narkobaron Trampa nifrətinin səbəbini də açıqlayıb və bildirib ki, amerikalı milyarder tez-tez meksikalılara qarşı irqçi çıxışlar edir və bu ona çox pis təsir göstərir.
Qeyd edək ki, “El Çapo” ləqəbli narkobaron hazırda həbsdədir və ismarıcını ictimaiyyətə məhkumlardan biri vasitəsi ilə ötürüb.
Bu xəbərdən sonra Donald Trampın mühafizəsinin gücləndirildiyi və prezidentliyə namizədin gülləkeçirməz gödəkçə geyindiyi bildirilir.