ABŞ-da məktəb direktoru və 20-dən çox şagird avtomobilin altında qalan ana və uşağı xilas edib.
Qaziler.az bildirir ki, bu barədə KSL-TV məlumat yayıb.
Bricit Ponson qızı və oğlu ilə Yuta ştatının Layton şəhərində özəl xristian məktəbinin dayanacağında olarkən onları maşın vurub. Hər üçü maşının altına düşüb. Üç yaşlı qız oradan çıxa bilsə də, qadın və onun iki yaşlı oğlu Arçer maşının təkərləri altında qalıb.
Hadisənin şahidi olan məktəb direktoru Kris Krouder təcili olaraq 20-30 nəfərlik orta məktəb şagirdini toplayıb, onlarla birlikdə hadisə yerinə qaçıb. Məktəblilər maşını bir tərəfdən qaldırıblar, direktor və dayanacaqda olan hərbçi ana və oğlunu maşının altından çıxarıb.
Ana və uşaqlar xəstəxanaya yerləşdirilib. Qız praktiki olaraq xəsarət almayıb, lakin Bricit və Arçer ağır yaralanıb. Qadın bir neçə əməliyyat keçirməli olacaq. Buna baxmayaraq, həkimlərin proqnozlarına görə, onlar sağ qalacaqlar. Krouder bunu əsl möcüzə adlandırıb: "Biz Allahın burada çoxlu möcüzələr etdiyini görmüşük və bu da onlardan biridir", - deyib.
Mənbə: lenta.ru
QAZİLER.AZ