BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclası zamanı bildirib ki, Qəzza zolağında humanitar yardımın uğurla çatdırılması üçün heç bir şərait qalmayıb.
Qaziler.az bildirir ki, onun fikirlərini “RİA Novosti” yayıb.
“Humanitar yardımın effektiv çatdırılması üçün şərait artıq mövcud deyil”, - deyə baş katib bildirib.
O, həmçinin etiraf edib ki, Fələstin anklavında mövcud şəraitdə mülki əhaliyə humanitar malların tədarükünün artırılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 2712 saylı qətnaməsinin icrası qeyri-mümkündür.
"Mövcud şəraitdə bu mandatı yerinə yetirmək qeyri-mümkün olub" - deyə Quterreş təəssüflə bildirib.
QAZİLER.AZ