Rusiya prezidenti Vladimir Putin vaxt tapıb birbaşa zəng mərkəzinə vətəndaşların daxil olan çoxlu sayda mesajları ilə tanış olub.
Qaziler.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rossiya-24” telekanalının efirində danışıb.
“Biz proqrama hazırlıq prosesində mütəmadi olaraq vətəndaşlar tərəfindən qaldırılan mövzular üzrə bölmələr veririk, həmçinin prezidenti də proqrama daha yaxşı hazırlayırıq”, – Peskov bildirib.
Onun sözlərinə görə, bəzi vətəndaşların müraciətləri artıq prezidentə ötürülüb, vaxtı olanda onlarla tanış olacaq.
QAZİLER.AZ