Avropa İttifaqı oktyabrın 7-də İsrailə edilən hücumlara cavab olaraq HƏMAS-ın iki hərbi rəsmisi Məhəmməd əl-Deif və Mərvan İsaya qarşı sanksiyalar tətbiq edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd edilib.
Terrorçular siyahısında olanlar amansız və ayrıseçkilik etmədən qəddar hücumlarda ittiham olunublar.
“Aİ Şurası iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil edib. Qərar Aİ-nin HƏMAS-ın təhdidlərinə, o cümlədən 7 oktyabrda İsrailə qarşı amansız və heç bir fərq qoymadan hücumlara cavabının bir hissəsi kimi qəbul edilib. Qara siyahıya Fələstinin HƏMAS hərəkatının, İzzəddin əl-Qəssam Briqadalarının silahlı qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın da adı daxil edilib”, - Brüsseldən verilən məlumatda qeyd edilib.
İndi bu hərəkat komandirlərinin Aİ ölkələrinə daxil olması qadağandır. Onların hesabları Avropa ölkələrində aşkar olunarsa, onlar dondurulacaq. Məhdudiyyətlər cümə günü, dekabrın 8-dən qüvvəyə minib.
QAZİLER.AZ