"ABŞ səfirliyinə hücumlar İranla əlaqəli qruplaşmalar tərəfindən həyata keçirilir" - Səfirlik sözçüsü

"ABŞ səfirliyinə hücumlar İranla əlaqəli qruplaşmalar tərəfindən həyata keçirilir" -  Səfirlik sözçüsü backend

İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyi raket atəşinə tutulub. Ölən və yaralananlar olmayıb.

Qaziler.az bildirir ki, bu barədə Associated Press-ə istinadən xəbər verir.

Amerika və İraq rəsmilərinin məlumatına görə, itki yoxdur, lakin atəş nəticəsində səfirliyə cüzi maddi ziyan dəyib.

İraq təhlükəsizlik rəsmilərinin məlumatına görə, ümumilikdə 14 “Katyuşa” raketi atılıb. Onların bir hissəsi səfirliyin qapısına, digər hissəsi isə çaya düşüb. Səfirlik nümayəndəsinin sözlərinə görə, ümumilikdə iki raket atışı həyata keçirilib.

"Səfirlik binasında ölənlər barədə məlumat yoxdur" deyən səfirliyin sözçüsü əlavə edib ki, heç bir konkret qruplaşma məsuliyyəti üzərinə götürməyib, lakin hücumların İranla əlaqəli qruplaşmalar tərəfindən həyata keçirildiyinə dair əlamətlər var.

Xüsusilə, səfirlik nümayəndəsi İraq hökumətini diplomatik personalı və koalisiya tərəfdaşlarını qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb və həmçinin qeyd edib ki, ABŞ dünyanın istənilən yerində özünümüdafiə və müdafiə hüququna malikdir.

"İraqda təxminən 2500, Suriyanın şərqində isə daha 900 ABŞ əsgəri İslam Dövləti qrupuna qarşı missiyalar yerinə yetirir. İranın hər iki ölkədə Tehrana sadiq silahlı dəstələri var", - nəşr əlavə edir.

QAZİLER.AZ

Diaspora