Armen Qriqoryan Britaniya Baş nazirinin müşaviri ilə görüşüb

Armen Qriqoryan Britaniya Baş nazirinin müşaviri ilə görüşüb backend

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşüb.

Apa xəbər verir ki bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib.

 

Ermənistan Təhlükəsizlik Şurası katibinin Londona işgüzar səfəri çərçivəsində baş tutan görüşdə Ermənistan-Britaniya münasibətlərinin inkişafının dinamikası, Ermənistan-Böyük Britaniya strateji dialoqunun başlanması barədə müzakirə aparılıb.

"Regionumuzda və Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi də aparılıb. Mən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və sülhün bərqərar olması üçün Ermənistanın səylərini təqdim etdim", Armen Qriqoryan bildirib.

Diaspora