Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri 2024-cü ilin sonuna qədər Ukraynanın Rusiya ilə onun üçün əlverişli şərtlərlə danışıqlar apara bilməsi üçün silah tədarükü də daxil olmaqla, səylər göstərir.
Qazier.az bildirir ki, bu barədə RBC-Ukrayna Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Faynerə istinadən məlumat verib.
“Biz gələn ilin sonunda ukraynalıları elə bir vəziyyətdə görmək istərdik ki, Rusiya qərar verməli olsun: Ukrayna üçün məqbul şərtlərlə danışıqlar masasına otursun və ya daha güclü Ukrayna ilə üzləşsin”, - Fayner bildirib.
Onun sözlərinə görə, Ukrayna yeni hücuma keçə biləcək, çünki o, ABŞ və Avropanın daha güclü sənaye bazasına arxalanacaq. Bu da öz hərbi-sənaye kompleksinin, eləcə də Ukraynanın özünün imkanlarını artıracaq.
Fayner həmçinin qeyd edib ki, ABŞ Ukrayna müdafiə sənayesinin inkişafı üzərində işləyir.
O bildirib ki, bu məsələlər ABŞ Ticarət Nazirliyində ABŞ, Ukrayna və Avropadan sənaye və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda müzakirə olunub.
QAZİLER,AZ