Birləşmiş Ştatlar Konqresinin Ukraynaya yeni yardımın maliyyələşdirilməsini dəstəkləməkdən imtina etməsi yalnız Rusiya diktatoru Vladimir Putin və Çin lideri Si Sinpini sevindirəcək.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonda Aspen təhlükəsizlik konfransında çıxış edib. O, vurğulayıb ki, “bizim nəsil üçün demokratiyanı qorumaq üçün böyük çağırış və sınaq var”.
Kemeronun sözlərinə görə, anlamaq lazımdır ki, Avropanın təhlükəsizliyi həm də Amerikanın təhlükəsizliyidir. Bu məsələdə birlik lazımdır.
"Biz bu pulu ukraynalılara verməliyik, onları dəstəkləməliyik və əmin olmalıyıq ki, Putin uduzsun. Çünki bu pul səsvermədən keçməsə, o zaman yalnız iki nəfər gülümsəyəcək. Onlardan biri Moskvada Vladimir Putin, digəri Pekində Si Sinpindir. Sizi bilmirəm, amma mən bu insanların heç birinə Milad hədiyyəsi vermək istəmirəm", - deyə nazir vurğulayıb.
QAZİLER.AZ