Finlandiya yaxın günlərdə Rusiya ilə sərhədin açılması barədə qərar verəcək

Finlandiya yaxın günlərdə Rusiya ilə sərhədin açılması barədə qərar verəcək backend

Finlandiya hökuməti Rusiya ilə sərhəddə vəziyyətin inkişafını izləyir və dekabrın 13-dən gec olmayaraq sərhəd-keçid məntəqələrinin açılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmək niyyətindədir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə dekabrın 7-də Finlandiyanın Baş naziri Petteri Orpo məlumat verib.

"Biz vəziyyətin inkişafını hər gün izləməyə davam edirik, məqsəd normal həyata qayıtmaqdır" deyə o,bildirib.

Parlamentdə jurnalistlərin suallarını cavablandıran siyasətçi hazırda bütün sərhəd-keçid məntəqələrinin bağlı olduğunu nəzərə alaraq hansı qərarın veriləcəyi ilə bağlı proqnoz verməyib. Bununla belə, o qeyd edib ki, vaxtında qərar qəbul olunacaq.

"Biz şadıq ki, indi hər şey qaydasındadır"- deyib.

QAZİLER.AZ

Diaspora