2023-cü ildə dünyanın ən yüksək dağının - Everestin (Comolunqma, 8848 m) yamaclarında zirvənin ilk fəthindən keçən 70 il ərzində rekord sayda alpinist həlak olub - 18 nəfər.
Qaziler.az bildirir ki, bu məlumat dekabrın 7-də Himalay Database-də yer alıb.
Bildirilir ki, ölüm hallarının demək olar ki, yarısında ölüm səbəbi kəskin dağ xəstəliyi tutmaları olub - səkkiz alpinist bundan dünyasını dəyişib. Bu yüksək hündürlüklərdə havada insan orqanizminin normal fəaliyyəti üçün zəruri olan kifayət qədər oksigenin olmaması səbəbindən baş verir.
Oksigen çatışmazlığı beyin və ağciyərlərin şişməsinə, həmçinin halüsinasiyalar və sürətli ürək döyüntüsünə səbəb ola bilər. Həmçinin, dağa qalxan zaman alpinistlər güclü fiziki güclə üzləşirlər və tez-tez susuzluqdan əziyyət çəkirlər. Bəzi hallarda bu amillər insanın ölümünə səbəb olur.
Cəmi 70 il ərzində Everestdə 317 alpinist həlak olub. Bundan əvvəl ən ölüm qeydə alınan il 2014-cü il olub, dağın yamaclarında 17 nəfər həlak olub.
QAZİLER.AZ