Fətullahçı Terror Təşkilatının (FETÖ) "gizli təhlükəsizlik imamı" olduğu iddiası ilə axtarışda olan B.B., paytaxtda gizləndiyi ünvanda yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları 6 ildir axtarışda olan, ByLock istifadəçisi və FETÖ-nün 1997-ci il Polis Akademiyası məzunlarından məsul olduğu deyilən "gizli təhlükəsizlik imamı" B.B.-ni gizləndiyi Sincan rayonunda olan ünvanda yaxalayıb.
Şübhəli şəxs həbs edilib.
QAZİLER.AZ