İsrail Müdafiə Qüvvələri HƏMAS-ın kəşfiyyat bölməsində iki yüksək rütbəli məmuru öldürüb. Onlardan biri oktyabrın 7-də törədilən terror aktlarına görə məsuliyyət daşıyırdı.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Rəsmilərdən biri Abed əl-Əziz Rantisi HƏMAS-ın müşahidə imkanlarına cavabdeh idi və 7 oktyabr hücumlarının planlaşdırılmasında iştirak edirdi.
İDF-nin verdiyi məlumata görə, o, Əl-Qarara batalyonunda terror qruplaşmasının müşahidə bölməsinin baş əməliyyatçısı olan Əhməd Ayuşla birlikdə Həmas kəşfiyyatının komanda məntəqəsinə endirilən zərbə nəticəsində öldürülüb.
İDF bildirib ki, vurulan komanda məntəqəsi HƏMAS-ın bütün müşahidə imkanlarının mərkəzidir və döyüş əməliyyatı üçün mühüm strateji aktiv rolunu oynayır.
QAZİLER.AZ