Müavinətlərinin artırılmasını tələb edirlər: Moldovada müharibə veteranları etiraz aksiyası keçiriblər

Müavinətlərinin artırılmasını tələb edirlər: Moldovada müharibə veteranları etiraz aksiyası keçiriblər backend

Moldovanın Dnestryanı bölgəsində onlarla müharibə veteranı dekabrın 7-də parlament binası qarşısında etiraz aksiyası keçirib.

Qaziler.az Moldova mətbuatına istinadən bildirir ki, onlar yeni ildə müavinətlərin artırılması ilə bağlı planların olmamasından narazılıqlarını bildiriblər. Etirazçılar büdcə düzəlişlərində israrlıdırlar.

Etirazçılar Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri Lilian Karpla görüş tələb edirlər. O, hələlik etirazçıların tələblərinə cavab verməyib.

2023-cü ilin mart ayında Dnestr müharibəsi veteranları da daxil olmaqla bir neçə kateqoriyadan olan vətəndaşlara ödənilən aylıq müavinət 250 ley artırıldı. Kateqoriyadan asılı olaraq, müavinətin məbləği 800 ilə 1800 lei arasında dəyişir.

Moldovada Dnestr müharibəsinin 20 mindən çox veteranı var.

QAZİLER.AZ

Diaspora