İspaniya Milli Kəşfiyyat Mərkəzi məxfi məlumatları əldə etmək üçün casusluq və rüşvət verməkdə şübhəli bilinən Amerika səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb.
Qaziler.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
İspaniyanın müdafiə naziri Marqarita Robles diplomatik missiya əməkdaşlarının hərəkətləri ilə bağlı izahat almaq üçün ABŞ səfiri Culissa Reynosonu çağırıb. Xarici işlər naziri Xose Manuel Albares də narahatlığını bildirmək üçün ABŞ səfiri ilə əlaqə saxlayıb.
Nəşr xəbər verir ki, ən azı iki amerikalı işçi İspaniyanı tərk edib və iki İspan kəşfiyyat rəsmisi məxfi məlumatları sızdırmaqda ittiham olunaraq, barələrində istintaq aparılır.
QAZİLER.AZ