Turistlər tərəfindən korlanmayan dünya ölkəsinin adı açıqlanıb

Turistlər tərəfindən korlanmayan dünya ölkəsinin adı açıqlanıb backend

Dünyanın bir çox məşhur ölkələri həddindən artıq turizmdən, çirklənmədən və meşələrin qırılmasından əziyyət çəkir. Bununla belə, nisbətən toxunulmaz qalan bir neçə ölkə var.

“Ekspress”in məlumatına görə, səyahət ekspertlərindən ibarət bir qrup “İnstagram”da dünyanın müxtəlif yerləri ilə bağlı yazıları təhlil edərək hansı ölkələrin korlanmadığını müəyyən edib.

Siyahının başında çox vaxt inanılmaz dərəcədə gözəl təbiəti ilə dünyanın ən təhlükəsiz ölkələrindən biri adlandırılan İslandiya gəlir. İslandiya Şimal işıqlarını, şəlalələri və vulkanları görmək üçün dünyanın ən möhtəşəm yeridir. Burada həm də dünyanın ən gözəl çimərliyi yerləşir.

Bununla belə, İslandiya problemsiz deyil. Bu yaxınlarda ölkə həddindən artıq turizmlə mübarizə üçün turizm vergisi tətbiq edəcəyini açıqlayıb. Ölkənin ən gözəl yerləri çoxlu sayda turist qəbul edir. Mavi Laqun və Selyalandfoss isə ən çox ziyarət edilən yerlərdən biridir.

QAZİLER.AZ

Diaspora