Yaponiya sahillərində yaranan yeni adanın böyüdüyü aşkar edilib

Yaponiya sahillərində yaranan yeni adanın böyüdüyü aşkar edilib backend

Oktyabrın sonlarında sualtı vulkan püskürməsi nəticəsində Yaponiya sahillərində yaranan yeni Niijima adası getdikcə böyüyür.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu, Avropa Kosmik Agentliyinin Kopernik Sentinel-2 peykindən çəkilmiş görüntülərdə göstərilib.

AKA mütəxəssislərinin fikrincə, adanın böyüməsi onu doğuran vulkanik fəaliyyətin davam etdiyini deməyə əsas verib. Qeyd olunub ki, Niijima adası təxminən 100 metr uzunluğundadır.

Yapon dilində hərfi mənada “yeni ada” mənasını verən Niijima, Yaponiyanın paytaxtı Tokiodan 1,2 min kilometr cənubda, daha böyük İvo Jima adasının yanında yerləşir. Hər iki ada təxminən 40.000 kilometr uzunluğunda Sakit Okean Atəş Halqası kimi tanınan sualtı vulkanlar silsiləsi üzərində yerləşir. Vulkan silsiləsi Yaponiya arxipelaqının yanından keçərək Cənubi Amerikadan Yeni Zelandiyaya qədər uzanır.

Tokio Universitetinin məlumatına görə, Niijimanın gələcəyi hələ müəyyən edilməyib. Əgər yeni ada bərkimiş lavadan ibarətdirsə, o zaman uzun müddət yaşaya bilər. Amma əgər torpağın bu hissəsi daha yüngül və boş qayalardan əmələ gəlirsə, o, yavaş-yavaş Sakit okeanın dalğaları tərəfindən yuyulacaq.

QAZİLER.AZ

Diaspora