BTS qrupunun ulduz ifaçısı xüsusi təyinatlılara qoşulacaq

BTS qrupunun ulduz ifaçısı xüsusi təyinatlılara qoşulacaq backend

K-pop ulduzu BTS Taehyung ölkəsinin Xüsusi Təyinatlı Qüvvələrinə qatılacağını təsdiqləyib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə “Koreboo” məlumat yayıb.

Pərəstişkarlarına müraciətində sənətçi xüsusi təyinatlılarda xidmət şəraitində onların narahatlığı ilə bağlı suallarını cavablandırıb.

“Xahiş edirəm, çox narahat olmayın. Özümə meydan oxuyuram, amma lazım olanda özümü qorumağı da bilirəm. Mən sağlam və sağ-salamat qayıdacağam", - deyə sənətçi söz verib.

Bir gün əvvəl Cənubi Koreyalı “BigHit” leybl BTS üzvləri Namjoon, Jimin, Taehyung və Jungkookun hərbi xidmətə çağırılacağı ilə bağlı açıqlama vermişdi.

BTS əmin edib ki, qrupun bütün üzvləri hərbi xidməti başa vurduqdan sonra 2025-ci ildə səhnəyə qayıdacaq.

QAZİLER.AZ

Diaspora