Rusiyalı nazir mühafizəçi və mühasiblərin çox olmasından şikayətləndi

Rusiyalı nazir mühafizəçi və mühasiblərin çox olmasından şikayətləndi backend

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib ki, Rusiya müəssisələrində mühafizəçi və mühasiblərin çox olması əmək məhsuldarlığını aşağı salır.

Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, həddindən artıq istehsal tələblərinə görə Rusiya müəssisələrində minlərlə mühasib və mühafizəçi peyda olub. Nümunə kimi o, ciddi təhlükəsizlik tələblərini göstərib. Nazir qeyd edib ki, mühafizəçiləri kameralarla əvəz etmək və məlumatları vahid müşahidə mərkəzində nümayiş etdirmək mümkündür.

“Əlbəttə, həmkarlar, biz əmək məhsuldarlığının artırılması üçün sistemli tədbirlər mövzusuna qayıtmalıyıq. Biz bunu çox edirik, amma mənə elə gəlir ki, biz burada əmək məhsuldarlığına xüsusi diqqət yetirməliyik”, - deyə məmur izah edib.

QAZİLER.AZ

Diaspora