2024-cü ilin martına təyin edilən Rusiya prezident seçkiləri bir neçə gün ərzində - martın 15, 16 və 17-də keçirilə bilər.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında məlumat verib.
Onun sözlərinə görə, MSK dekabrın 8-də müvafiq qərar layihəsinə baxacaq. Pamfilova qeyd edib ki, üç günlük səsvermə tələbi Rusiya vətəndaşlarından gəlib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri vurğulayıb ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri “həmişəkindən daha vacibdir”.
QAZİLER.AZ