Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva səsboğucu silahla vurulub.
Qaziler.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə TASS-a bildirib. Agentliyin əməkdaşı başqa təfərrüatları açıqlamayıb.
Ehtimallara görə, İlya Kiva naməlum şəxs tərəfindən səsboğucu ilə qısa lüləli silahdan istifadə edilməklə öldürülüb. Mənbə bildirib ki, onun meyiti otelin parkında aşkar edilib.
Dekabrın 6-da axşam saatlarında Odintsovo şəhər rayonunun Suponevo kəndindəki kottec kəndlərindən birinin parkında naməlum şəxs Kivaya silahdan atəş açıb. Keçmiş deputat aldığı xəsarətlərdən yerindəcə keçinib.
QAZİLER.AZ