ABŞ Ukraynaya yeni silah paketi ayırıb

ABŞ Ukraynaya yeni silah paketi ayırıb backend

Birləşmiş Ştatlar Ukraynaya 175 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O, konkret olaraq hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, artilleriya və HIMARS MLRS, eləcə də HARM anti-radar raketlərinin daxil olacağına aydınlıq gətirib.

“Konqres Prezidentin əlavə milli təhlükəsizlik maliyyəsi tələbini təsdiq etməsə, bu, Ukraynaya təqdim etdiyimiz son müdafiə yardım paketlərindən biri olacaq”, - Blinken bildirib.

Pentaqon həmçinin Ukrayna Silahlı Qüvvələrini tank əleyhinə raketlər, kiçik silah sursatları, mühəndislik sursatları və kritik milli infrastrukturun mühafizəsi vasitələri ilə təmin edəcək.

QAZİLER.AZ

Diaspora