Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın qətli sifarişli olub.
Qaziler.az TASS-a istinadla bildirir ki, məlumatı Rusiyanın hüquq-mühafizə orqanları verib. Onlar qeyd ediblər ki, qətlin versiyaları arasında Ukrayna izi də nəzərdən keçirilir.
“İlkin məlumatlara görə, İlya Kivanın qətli sifarişli olub. Hazırda istintaq cinayət versiyaları arasında Ukrayna izini nəzərdən keçirir”, - agentlik əməkdaşı bildirib.
İstintaqın məlumatına görə, dekabrın 6-da axşam saatlarında Odintsovo şəhər rayonunun Suponevo kəndindəki kottec kəndlərindən birinin parkında naməlum şəxs Kivaya silahdan atəş açıb. Keçmiş deputat aldığı xəsarətlərdən yerindəcə keçinib.
QAZİLER.AZ