Putin şahzadə Salmanın Moskvaya uğursuz səfər cəhdindən danışıb

Putin şahzadə Salmanın Moskvaya uğursuz səfər cəhdindən danışıb backend

“Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saud Moskvaya işgüzar səfər etməli idi, lakin şərait öz düzəlişlərini etdi”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın dövlət başçısı Vladimir Putin Ər-Riyadda vəliəhd şahzadə ilə danışıqlar zamanı bildirib. O, yenidən vəliəhdi Rusiyanın paytaxtına səfərə dəvət edib və o, razılaşıb.

“Əlahəzrət, ilk növbədə dəvətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizi Moskvada gözləyirdik. Mən bilirəm ki, şərait bu planlara düzəlişlər edib”, - Putin qeyd edib.

Rusiya lideri Səudiyyə Ərəbistanı şahzadəsi ilə görüşü vaxtında adlandırıb. Putin həmçinin onu regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa dəvət edərək ölkələr arasında dostluq münasibətlərinin inkişafına heç nəyin mane ola bilməyəcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora