Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.
APA-nın verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 215-ə çatıb, 300-ə yaxın insan itkin düşmüş hesab olunur.Hazırda hadisə yerində 560 xilasedici, 50 yük maşını, 28 traktor və ekskavator işləyir.
Qeyd edək ki, faciə ilə əlaqədar Qvatemalada 3 günlük matəm elan edilmişdi.