ABŞ Ukraynanın məğlubiyyət riskini qiymətləndirib

ABŞ Ukraynanın məğlubiyyət riskini qiymətləndirib backend

ABŞ Kiyevin Vaşinqtondan əlavə yardım almadığı təqdirdə Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyət riskini yüksək qiymətləndirir.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden administrasiyanın Ukraynaya yardım üçün tələb etdiyi vəsaitin ayrılmasından imtinanı “tam dəlilik” adlandırmışdı.

“Ukraynanın itirə biləcəyi böyük risk var”, - Kirbi bildirib.

O, Baydenə G7 ölkələrinin liderləri ilə Ukraynaya yardımın davam etdirilməsi məsələsini müzakirə etməyi təklif edib. Eyni zamanda, Kirbi müttəfiqlərin Kiyevə dəstək perspektivlərini şərh etməkdən imtina edib, lakin Vaşinqtonun əlindən gələni edəcəyinə əmin edib.

QAZİLER.AZ

Diaspora