"Qərbin musiqi tənqidçiləri müğənni Taylor Svifti Amerika xəyalının təcəssümü hesab edirlər. Sadə bir qız milyonlarla dollar qazanaraq adını bir çox uğurlara yazdı".
Qaziler.az xəbər verir ki, bunu prodüser Yevgeni Babiçev “NEWS.ru” ilə söhbətində “Time” jurnalının “İlin adamı” seçdiyi sənətçini şərh edərkən deyib. Onun sözlərinə görə, Svift reytinqdə Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpini geridə qoyub, çünki dünya artıq siyasi gündəmlə doyub.
“Teylor Svift –sadə bir qız öz həyatı, yaradıcılığı, başqa heç bir şeyi işinə qatmamaqla sənəti ilə milyonlarla dollar qazandı, adını bu sahəyə yazdı. O, hüquqlar, bərabərsizlik məsələləri, ətraf mühit üçün mübarizə aparan amerikalıdır və çox ağıllıdır”, – Babiçev izah edib.
Musiqi tənqidçisi vurğulayıb ki, Sviftin hitləri melodiya və söz baxımından yaxşıdır, hətta onları ideal adlandırmaq olar, lakin onlar “burada və indi” populyardır. Onun fikrincə, ilin adamını müəyyən edən “Time” redaksiyası sadəcə olaraq amerikalı müğənninin pərəstişkarlarını toplayıb.
“Qısa siyahı görəndə başa düşdüm ki, bu il siyasətin xeyrinə seçim olmayacaq, çünki onlar siyasi gündəmdən çox doymuşdular. Bu, bir dəstə insanın bir araya gəlməsi və 30 nəfərin kimin üz qabığında olacağına qərar verməsi kimidir. Və 28-29 nəfərin Taylor Svift fanatı olduğu ortaya çıxdı. Təbii ki, onu seçəcəkdilər. Amerika nəşrinin üz qabığında Si Cinpin olmalı deyildi”, - prodüser sözlərinə əlavə edib.
QAZİLER.AZ