Sankt-Peterburqda hərbi komissar 43 yaşlı şəhər sakini İrakli Buliskeriyaya çağırış vərəqəsi göndərib.
Qaziler.az xəbər verir ki, bu haqda məlumatı “Fontanka” yayıb.
Xəbərdə qeyd edilib ki, həmin şəxs əvvəllər mütəmadi olaraq polis tərəfindən saxlanılıb və özünü qanuni oğru “İkoy Qalski” kimi təqdim edib. Bu dəfə polis onu “Gamma” otelində atışma zamanı xuliqanlıq etdiyinə görə iki sutka saxlayıb və hərbi komissarlığa çağırıb.
“Sizə sabah, 2023-cü il dekabrın 7-də saat 10-da Admiralteyski və Kirovski rayonlarının hərbi komissarlığında hərbi qeydiyyata gəlmək üçün çağırış vərəqəsi verilir”, - komissarlığın polkovnik-leytenantı bildirib.
QAZİLER.AZ