Dünyada ən çox nefti olan ölkə təbii sərvətlərlə zəngin daha bir ərazini torpaqlarına qatdı - FOTO

Dünyada ən çox nefti olan ölkə təbii sərvətlərlə zəngin daha bir ərazini torpaqlarına qatdı -  FOTO backend

Venesuela Prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini - Essekibonu ölkənin 24-cü ştatı elan edib. O, Venesuela Milli Assambleyasını mübahisəli əraziləri qorumaq üçün qanun qəbul etməyə çağırıb. Yeni ştat Qayana-Essekibo adlandırılıb.

Nikolas Maduro ilhaq edilmiş ərazidə qaz, neft və faydalı qazıntıların istehsalı üçün lisenziya verən departamentlərin yaradılmasını təklif edib, delimitasiya olunmamış dənizdə fəaliyyət göstərən neft şirkətlərinə isə əməliyyatları başa çatdırmaq üçün üç ay vaxt verib.

Xatırladaq ki, dünyada ən çox nefti olan ölkə - Venesuelada dekabrın 4-də referendum keçirilib, nəticədə ölkə vətəndaşlarının təxminən 95%-i Essekibonun ölkəyə daxil edilməsinə səs verib. Mübahisəli ərazidə də zəngin neft və qaz yataqları var.

Qayana prezidenti İrfaan Əli Venesuelanın Essekibonu ilhaq etmək üçün referendum keçirdiyini bildirib.

Qeyd edək ki, bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.

Mənbə: Ultimasnoticias.com.ve / Oxu.az

Diaspora