İsrail ordusu Cenin qaçqın düşərgəsində yeni tunellər və HƏMAS-ın üç silah laboratoriyası aşkar edib. Axtarışda olan daha 10 fələstinli də saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” nəşri xəbər verir.
"Bir gecədə İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində axtarışda olan 10 fələstinli saxlanılıb, iki tunel şaxtası və üç bomba hazırlayan laboratoriya aşkar edilib", - deyə İDF bildirib.
Əməliyyat zamanı İsrail hərbçiləri bir neçə odlu silah, sursat və digər texnikanı ələ keçirib.
İsrail Müdafiə Qüvvələri hərbçilər və partlayıcılarla silahlanmış fələstinli yaraqlılar arasında toqquşmaların olduğunu bildirib.
Digər məlumata görə, İordan çayının qərb sahilinin digər ərazilərində daha 16 şübhəli saxlanılıb. Toqquşmalar nəticəsində bir əsgər yüngül yaralanıb.
QAZİLER.AZ