Dekabrın 6-da Böyük Britaniya hökumətinin saytında verilən məlumata görə, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sanksiyalar 30-dan çox üçüncü ölkə təşkilatını əhatə edib. Siyahıya Belarus, Çin, Serbiya, Türkiyə, BƏƏ və Özbəkistan şirkətləri daxildir.
Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinə də təsir edib. Pilotsuz uçuş aparatlarının və raket hissələrinin inkişafı ilə əlaqəli olduğu iddia edilən 31 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.
Yeni sanksiyalar siyahısına BƏƏ-də yerləşən 4 şirkət də daxil edilib.
QAZİLER.AZ