Şimali İraqda hava əməliyyatı: 8 terrorçu zərərsizləşdirilib

Şimali İraqda hava əməliyyatı: 8 terrorçu zərərsizləşdirilib backend

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 8 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri: "Terrorçu haradadırsa, hədəfimiz orasıdır!" devizi ilə terror yuvalarını məhv etməyə davam edir.

Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 8 PKK terrorçusunun hava əməliyyatı ilə zərərsizləşdirildiyini açıqlayıb.

Açıqlamada bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatların qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

QAZİLER.AZ

Diaspora