Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib. APA-nın verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil. Milli təhlükəsizliyimizə hörmət göstərilməsini gözləyirik. Bizim hava məkanımızı kimsə poza bilməz”, deyə Ə.Davudoğlu bildirib.O əlavə edib ki, Suriya problemi regional və qlobal bir problem çevrilib: “Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Hər halda diplomatik təmaslarımız davam edir, biz müharibənin bir hissəsi olmaq istəmirik”.