Sankt-Peterburqda Rimski-Korsakov Konservatoriyasının binası yanıb.
Qaziler.az bildirir ki, bu barədə SHOT Telegram kanalı xəbər verib.
Yanğının sahəsi hazırda 300 kvadratmetrdir. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın konservatoriyanın birinci mərtəbəsində baş verib. Mümkün tələfat barədə məlumat yoxdur, insanlar binadan təxliyə edilir.
Məlumdur ki, N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasının binası son 9 ildə bərpa olunur. İşlərin 2024-cü ildə başa çatdırılması gözlənilirdi.
QAZİLER.AZ