Latviya prezidenti Putinin hədələrinə cavab verib

Latviya prezidenti Putinin hədələrinə cavab verib backend

Rusiya prezidenti Vladimir Putinin Latviyada guya rusdillilərin hüquqlarının pozulduğu barədə bəyanatı Qərb cəmiyyətini çaşdırmaq və müxtəlif yollarla Ukraynaya dəstəyi azaltmaq cəhdidir.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bunu Latviya prezidenti Edqars Rinkeviçs deyib.

"Putinin hədəsi... Bu, hədə-qorxu siyasətidir. Son zamanlar Rusiya təbliğatında belə bir fikir geniş yayılıb ki, onların bütün vətəndaşlarına və ya "rus dünyasına" mənsub olanlara qarşı pis rəftar edirlər. Mahiyyət etibarı ilə, bu, bir cəhddir. Rusiyanın Ukraynada törətdiyi bütün vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır”.

Latviya Prezidenti qeyd edib ki, Putinin bəyanatı “hətta birbaşa təhdid də deyil, daha çox özünü hələ də “rus dünyasına” aid hiss edənləri qızışdırmaq və hansısa anti-dövlət aksiyalarına dəvət etmək cəhdidir. elə düşünürlər ki, hələ də Rusiya imperiyasında yaşayırlar.

Rinkeviçs eyni zamanda xatırladıb ki, Latviyada yaşayan ruslara qarşı ayrı-seçkilik yoxdur, lakin burada tamamilə qanuni tələblər var - milli dili bilmək və bu, hər bir ölkənin əsasını təşkil edir. Ancaq Rusiyada fərqli fikirdə olanlarla, rus dilində danışa bilməyənlərlə demokratik müzakirə aparılmır.

QAZİLER.AZ

 

Diaspora