86 yaşlı rusiyalı aktrisanın meyiti qocalar evində aşkar edildi

86 yaşlı rusiyalı aktrisanın meyiti qocalar evində aşkar edildi backend

Aktrisa Yelena Kornilova 86 yaşında Moskvada vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 6-da “İzvestiya”nın mənbəsi məlumat verib.

Sənətçinin meyiti bir gün əvvəl Bolşaya Filevskaya küçəsindəki qocalar evində tibb bacısı tərəfindən aşkar edilib. Son vaxtlar aktrisa tez-tez zəiflikdən şikayətlənir və çox xəstələnirdi.

Ölümün səbəbləri dəqiqləşdirilməyib.

Kornilova "Qızlıq illəri", "İlk sınaqlar", "Qəribə qadın" kimi filmlərdə rol alıb. 

QAZİLER.AZ

Diaspora