Fələstinin HƏMAS hərəkatının Livandakı nümayəndəsi Üsamə Həmdan əsir götürülən İsrail əsgərlərinin sayını açıqlamaqdan imtina edərək, bunun üçün vaxtın hələ gəlmədiyini qeyd edib.
Qaziler.az bildirir ki, bu barədə Əl-Cəzirə xəbər verir.
Onun sözlərinə görə, hazırda hərəkat əsir götürülmüş İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinin sayını açıqlamaq niyyətində deyil.
“Bu məsələ haqqında danışmağın vaxtı hələ çatmayıb”, - deyə o, fikrini yekunlaşdırıb.
QAZİLER.AZ