Nepal hökuməti Rusiyadan Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynadakı münaqişədə iştirak etmiş vətəndaşların cəsədlərini vətənə qaytarmağı xahiş edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Nepal Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
Nepal səlahiyyətlilərinə görə, hazırda onlar Rusiya tərəfində vuruşaraq həlak olan altı nepallıdan xəbərdardırlar. Hökumət cəsədlərin ailələrinə təhvil verilməsini və təzminat ödənilməsini istəyir.
Bundan əlavə, Nepal Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və Ukraynada əsir götürülən vətəndaşa da aiddir. İndi Nepal diplomatları onu xilas etməyə çalışırlar.
Qeyd olunur ki, Nepal qanunvericiliyi hərbi əməkdaşlıq müqaviləsi imzalanmış dövlətlər, yəni Hindistan və Böyük Britaniya istisna olmaqla, öz vətəndaşlarına başqa dövlətlərin ordularında xidmət etməyi qadağan edir.
QAZİLER.AZ