Macarıstanda ABŞ səfiri ölkədə antisemitizmə eyham vurduğuna görə tənqid edilib

Macarıstanda ABŞ səfiri ölkədə antisemitizmə eyham vurduğuna görə tənqid edilib backend

ABŞ-ın Budapeştdəki səfiri Devid Pressman macarların iradəsinə hörmət etmir və elə davranır ki, sanki Macarıstan Amerika ştatlarından biridir.

Qaziler.az bildirir ki, bunu  Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Mençer deyib.

"David Pressman özünü elə aparır ki, sanki Macarıstan ABŞ-ın 51-ci ştatıdır və o, qubernatordur", - deyə bildirib.

Mençer Budapeştdə keçirilən 12-ci Yəhudi Filmləri Festivalının açılış mərasimində afişaları tənqid edən ABŞ səfirinin bəyanatını belə şərh edib. 

O, ölkəsinin yəhudilər üçün təhlükəsizlik baxımından ən yaxşı yerlərdən biri olduğuna diqqət çəkib. Eyni zamanda, yəhudilərin əhalinin cəmi 2%-ni təşkil etdiyi Birləşmiş Ştatlarda nifrət cinayətlərinin 55%-nin onlara qarşı törədildiyini də  vurğulayıb.

QAZİLER.AZ

Diaspora