Rusiya 6 ukraynalı uşağı azad edəcək

Rusiya 6 ukraynalı uşağı azad edəcək backend

Rusiya qaçırılmış daha 6 ukraynalı uşağı azad etməyə və Qətərin vasitəçiliyi ilə onların Ukraynadakı ailələrinə qovuşmasına icazə verməyə razılaşıb.

Qaziler.az bildirir ki, bu barədə UNİAN “The Washington Post”a istinadla xəbər verib.

Bildirilib ki, altı nəfərdən ibarət qrup çərşənbə axşamı Moskvanı tərk etməli və Belarusdan keçərək Ukraynaya getməlidir. Bu qrupdan olan 11 yaşlı bir uşağın anası hazırda Rusiyada saxlanılan ukraynalı əsgərdir. Atası təxminən on il əvvəl vəfat edib, indi o, xalası ilə yaşayacaq. İndiyədək o, Donetsk vilayətində qohumlarının evində yaşayıb.

Qeyd edilib ki, Rusiyada saxlanılan bu ukraynalı uşaqların fərqli keçmişi var.

QAZİLER.AZ

Diaspora