Moldovada fermerlər traktorlarla yenidən etiraza başlayıblar

Moldovada fermerlər traktorlarla yenidən etiraza başlayıblar backend

Moldova fermerləri çərşənbə axşamı Kişinyov küçələrində etirazları bərpa ediblər. Etirazçılar aksiya zamanı traktorlardan istifadə ediblər.

Qaziler.az bildirir ki, bu barədə “Sputnik.Moldova” agentliyi məlumat yayıb.

“Etiraz edən moldovalı fermerlər Kişinyov küçələri ilə traktorlarla yürüş etməyə başlayıblar”, - agentliyin açıqlamasında deyilir.

Bildirilir ki, etirazçılar Moldova prezidenti Maya Sandu administrasiyasının binası qarşısına kənd təsərrüfatı texnikası qoyublar. Yolun bir hissəsi isə bağlanıb.

Qeyd edək ki, noyabrın 23-də Kişinyovun mərkəzində etiraz aksiyası keçirən moldovalı fermerlər hökumət binası qarşısında gecələyiblər.

QAZİLER.AZ

Diaspora