Böyük Britaniya HƏMAS-ın saxladığı israilli girovları tapmaq üçün Qəzza zolağı və İsrail üzərində kəşfiyyat uçuşları həyata keçirəcək.
Qaziler.az “Keystone Press Agency”yə istinadla xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Qrant Şapps bildirib. Onun bəyanatı Britaniya parlamentinin saytında dərc edilib.
“Davam edən girovların xilas edilməsi səylərinə dəstək olaraq, Böyük Britaniya Müdafiə Nazirliyi Şərqi Aralıq dənizi üzərində, o cümlədən İsrail və Qəzza zolağı üzərindəki hava məkanında müşahidə uçuşları həyata keçirəcək. Kəşfiyyat təyyarələri silahsız olacaq, döyüş rolunu oynamayacaq və onların vəzifəsi yalnız girovların yerini tapmaq olacaq”, - müdafiə nazirinin bəyanatında deyilir.
QAZİLER.AZ