Rusiyada bir müraciətlə məscidin sökülməsi dayandırıldı

Rusiyada bir müraciətlə məscidin sökülməsi dayandırıldı backend

Moskva yaxınlığındakı Lobnyada məhkəmə icraçıları yerli müsəlmanların müdafiə etməyə gəldikləri məscidin sökülməsini dayandırıblar.

Qaziler.az xəbər verir ki, məlumatı “Poyom” yayıb.

Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidməti nəşrə açıqlayıb ki, iddiaçı söküntünün dayandırılmasını xahiş edib. Lakin bina əvvəllər icazəsiz tikili kimi tanınıb.

“24 aprel 2023-cü il tarixdə Mıtişi Şəhər Məhkəməsinin bu əsaslı tikinti layihəsini icazəsiz tikinti kimi tanıyan və borcluya onun sökülməsi barədə qərar çıxaran qərarının icrası ilə bağlı icra işləri başlanmışdır. Bu məhkəmə qərarı 22 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minib. Hazırda icra hərəkətləri iddiaçıdan daxil olmuş vəsatət əsasında təxirə salınıb”, - idarədən bildirilib.

QAZİLER.AZ

Diaspora