Misirin Hərbi İstehsal Nazirliyi ölkədə ilk dəfə buraxılan raket sistemini nümayiş etdirib.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” “Al Ahram”a istinadən xəbər verir.
Sistem Qahirədə keçirilən “EDEX 2023” beynəlxalq müdafiə sənayesi sərgisinin ilk günündə nümayiş etdirilib və “Raad 200” adlandırılıb. Raket qurğusu 45 kilometr sürətə çata bilən tırtıllı zirehli maşında yerləşir. “Raad 200”ün elan edilmiş atəş məsafəsi 400 kilometrə çatır.
Misirin hərbi istehsal naziri Mohamed Salah ad-Din Mustafanın sözlərinə görə, sistem bir neçə yerli şirkətlə birgə yaradılıb. Üstəlik, “Raad 200”də Misirə məxsus komponentlərinin payı 65%-i ötür.
QAZİLER.AZ