Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “Rusiya Fəaliyyət Komitəsi” təşkilatını ölkədə fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının reyestrinə əlavə edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, qurum 2022-ci ildə rusiyalı müxalifət fəalları tərəfindən yaradılıb.
“Şərqi Avropa Akademik Şəbəkəsi” də (Akademisches Netzwerk Osteuropa e. V.) həmin siyahıya daxil edilib.
Bundan əvvəl həmin təşkilatların fəaliyyəti Rusiya Baş Prokurorluğu tərəfindən arzuolunmaz hesab edilib.
QAZİLER.AZ