Priqojinin oğlu "Konkord" şirkətinə sahiblənib

Priqojinin oğlu "Konkord" şirkətinə sahiblənib backend

Rusiyada təyyarə qəzasında ölən iş adamı Yevgeni Priqojinin oğlu Pavel “Konkord” şirkətinə nəzarəti rəsmən ələ alıb.

Qaziler.az bildirir ki, məlumatı “Daily Storm” portalı “SPARK-İnterfaks” məlumat bazasına istinadən xəbər verib.

Noyabrın 30-da Pavelə atasının “Concord Management and Consulting” və “Concord Catering” şirkətlərindəki səhmlərinin etibarlı idarəçiliyi verilib. Bu şirkətlər mərhum iş adamının holdinqinə daxildir.

Arayışda qeyd olunur ki, adıçəkilən müəssisələr restoran fəaliyyəti, qida çatdırılması xidmətləri və topdansatış ticarəti ilə məşğul olur.

Qeyd edək ki, oktyabrın 1-də internetdə sahibkar Yevgeni Priqojinin bütün əmlakını oğlu Pavelə həvalə etməsi ilə bağlı vəsiyyəti dərc olunub.

QAZİLER.AZ

Diaspora