Amerikanın media maqnatı və iş adamı Mark Zukerberq 2021-ci ildən bəri ilk dəfə “Meta Platfroms Inc.”in səhmlərini satıb.
Qaziler.az bildirir ki, bu barədə məlumat “Bloomberg”də dərc edilib.
Nəşrin məlumatına görə, “Meta” rəhbəri 682 min qiymətli kağıza görə təxminən 185 milyon dollar qazanıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında “Meta”nın bazar dəyəri 172% artıb və bununla da “Nvidia Corp” istisna olmaqla, bütün ABŞ texnologiya şirkətlərini geridə qoyub.
Səhmlərin satışı Zukerberqə vençur kapitalından əldə etdiyi gəlirləri, həmçinin elmi tədqiqatlara və digər şirkətlərə investisiyalarını artırmağa imkan verəcək. Lakin “Meta”nın rəhbəri şirkətin 117,7 milyard dollar dəyərində olan səhmlərinin 13%-nə sahib olmaqda davam edir.
QAZİLER.AZ