Çeçenistan lideri Ramzan Kadırovun övladları, 23 yaşlı Xadijat Kadırova və 18 yaşlı Ahmad Kkadırov Dubayda keçirilən COP28 iqlim sammitində Rusiya nümayəndə heyətinə tədbir iştirakçılarının siyahısına daxil ediliblər.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, onlar artıq bir neçə görüşdə iştirak ediblər.
Çeçenistanda Məktəbəqədər Təhsil Departamentinə rəhbərlik edən Xadijat Kadırovanın iştirakı barədə daha əvvəl idarənin mətbuat xidməti məlumat vermişdi. Bildirilib ki, o, ikitərəfli görüşlər keçirəcək, müxtəlif bölmələrdə təqdimatlarla çıxış edəcək. Çeçenistanın Məktəbəqədər Təhsil Departamenti bildirib ki, Kadırova artıq Fələstin Ətraf Mühit Agentliyinin rəhbəri Nisrin Tamimi və Suriyanın Ətraf Mühit Naziri Hüseyn Maxlouf ilə görüşüb və onlarla humanitar işin əhəmiyyətini müzakirə edib.
“Bu arada, Ahmad Kadırov sammit iştirakçılarının siyahısında “Ümumrusiya İctimai-Dövlət Hərəkatının regional şöbəsinin şurasının sədri” kimi qeydə alınıb. Bunun hansı hərəkat olduğu siyahılarda göstərilməyib, amma yəqin ki, söhbət “Birincilər Hərəkatı” təşkilatının Çeçenistan şöbəsindən gedir”, - nəşr vurğulayıb.
QAZİLER.AZ