Rusiyanın Saratov vilayətində məktəblərdə 237 sinif, eləcə də uşaq bağçalarında bir sıra qruplar karantinə bağlanıb. Buna səbəb rayonda qrip və kəskin respirator virus infeksiyasının yayılması olub.
Qaziler.az bildirir ki, bu barədə TASS regional Təhsil Nazirliyinə istinadən xəbər verib.
“Müəyyən edilmiş kəskin respirator virus infeksiyaları və qripə yoluxma halları ilə əlaqədar aşağıdakı məktəblər tamamilə bağlanıb: Ozinski rayonunun Modin kəndində uşaq bağçası və dörd məktəb. Qismən bağlanıb: altı uşaq bağçasında yeddi qrup, 70 məktəbdə 237 sinif...”, - agentlik qeyd edib.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, noyabrın son ongünlüyündə rayonda 16,7 mindən çox kəskin respirator virus infeksiyası halı aşkar edilib. Xəstəliyin artımı 15,6% təşkil edib, KRVİ və qrip üzrə epidemioloj hədd 58,27%-i keçib.
QAZİLER.AZ