Pakistanda 5,5 maqnitudalı zəlzələ olub.
Hadisə ölkənin Bəlucistan vilayətində qeydə alınıb.
Zəlzələnin dərinliyi 60 kilometr olub.
Təbii fəlakətin nəticələri, o cümlədən itki və dağıntılar barədə hələ ki məlumat yoxdur.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi faktı təsdiqləyib. Məlumata görə, yeraltı təkanların episentri təxminən 141 min nəfər əhalisi olan Xuzdar şəhərindən 50 km cənub-qərbdə yerləşib.
Report.az